Əsas Səhifə > Müsahibə > Sabiqlər koronavirusla mübarizəyə nə qədər ianə ayırıb? - SİYAHI
Sabiqlər koronavirusla mübarizəyə nə qədər ianə ayırıb? - SİYAHI20-04-2020, 15:51 |
|
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir. İndiyədək Fonda 112 milyon 574 min 165 manat vəsait köçürülüb. Bu məbləğin 20 milyon manatı Prezidentin Ehtiyat Fondundan köçürülüb. Qalan hissəsi isə hüquqi (3095) və fiziki şəxslər (10230) tərəfindən yardım edilib. Hüquqi şəxslərdən yığılan vəsaitin məbləği 85 milyon 252 min 958, fiziki şəxslərdən yığılan vəsait isə 6 milyon 980 min 625 manatdır. Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı sözügedən Fonda ianə edən şəxslər arasında keçmiş məmurlar, deputatlar da var. Rubrika.Az Modern.az-a istinadən onların adlarını və köçürdüyü vəsaitin miqdarını (manat) təqdim edir: İsmət Abbasov (Baş Nazirin keçmiş müavini) - 5000 Hacıbala Abutalıbov (Baş Nazirin keçmiş müavini) - 37 200 Əflatun Amaşov (keçmiş deputat) - 1730 Tağı Əhmədov (Bakı Metropoliteninin keçmiş rəisi) - 5000 Əvəz Ələkbərov (keçmiş Maliyyə naziri) - 5500 Aydın Əliyev (Dövlət Gömrük Komitəsinin keçmiş sədri) - 3000 Heydər Əsədov (keçmiş Kənd Təsərrüfatı naziri) - 5000 Çingiz Əsədulla (keçmiş deputat) - 10 000 Əliağa Hüseynov (keçmiş deputat) - 2000 Nazim İmanov (keçmiş deputat) - 500 Abel Məhərrəmov (BDU-nun keçmiş rektoru, keçmiş deputat) - 3000 Nuşirəvan Məhərrəmli (MTRŞ-in keçmiş sədri) - 1000 Etibar Məmmədov - (keçmiş deputat, AMİP lideri) Qərib Məmmədov (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri) - 500 Ziya Məmmədov (keçmiş Nəqliyyat naziri) - 2000 Səlim Müslümov (keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) - 4500 Çingiz Qənizadə (keçmiş deputat) - 500 Elxan Süleymanov (keçmiş deputat) - 7800 Elmira Süleymanova (keçmiş ombudsman) - 1000 Mirzəcan Xəlilov (keçmiş deputat) 10 000 Dilarə Seyidzadə ( Prezidentin keçmiş köməkçisi) - 2000 Əli Həsənov (Prezidentin keçmiş köməkçisi, şöbə müdiri) - 2250 Rubrika.Az. Geri qayıt |