Əsas Səhifə > Cəmiyyət > Polis işçisi olan qardaşını qətlə yetirdi – Məhkəmə

Polis işçisi olan qardaşını qətlə yetirdi – Məhkəmə


20-04-2020, 17:31
Polis işçisi olan qardaşını qətlə yetirdi – Məhkəmə


Nərimanov rayonu ərazisində polis qardaşını bıçaqla qətlə yetirilən şəxsin həbs müddəti uzadılıb.

Rubrika.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən Ramazanov Araz İrza oğlunun həbs müddəti hakim Vüsal Qurbanovun sədrlik etdiyi məhkəmə prosesində uzadılıb.

Xatırladaq ki, 24 fevral 2020-ci il tarixdə Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.//Yenisabah.az


Rubrika.Az
Geri qayıt