Əsas Səhifə > Hadisə > Bakıda sərxoş şəxs avtomobili polisin üstünə sürdü
Bakıda sərxoş şəxs avtomobili polisin üstünə sürdü20-04-2020, 17:34 |
|
Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb. Xüsusi karantin rejimininin qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb. Rubrika.Az xəbər verir ki, hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib. Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.//Oxu.az Rubrika.Az Geri qayıt |