Əsas Səhifə > Dünya > İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 30 mini keçib

İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 30 mini keçib


20-04-2020, 17:40
İspaniyada koronavirusa yoluxan tibb işçilərinin sayı 30 mini keçib


İspaniyada COVİD-19 virusuna yoluxan tibb işçilərinin sayı 30 mini keçib.


Rubrika.Az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, epidemiyanın başladığı gündən aprelin 20-dək olan müddətdə 31 053 tibb işçisi koronavirusa yoluxub.

İspaniya mediasının xəbərinə görə, indiyədək koronavirusdan 34 tibb işçisi vəfat edib.


Rubrika.Az
Geri qayıt