Əsas Səhifə > Dünya > Ermənistanda koronavirusa yoluxan polislərin sayı artdı
Ermənistanda koronavirusa yoluxan polislərin sayı artdı20-04-2020, 18:25 |
|
Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı 10-a çatıb. Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polis rəisinin (daxili işlər naziri) müavini Hayk Mqryan aprelin 20-də jurnalistlərə bildirib. Onun sözlərinə görə, 120 polis əməkdaşı COVID-19-a qarşı mübarizə çərçivəsində özünü təcrid rejimində olub: “30 polis təcrid edilib, 20-nin analizinin nəticəsi mənfi, 10 polis əməkdaşında isə analizin nəticəsi müsbət olub”. Qeyd edək ki, Ermənistanda 1 339 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb. Ölkədə mayın 14-dək fövqəladə vəziyyət rejimi qüvvədə qalacaq. Aprelin 6-a 6 polis əməkdaşında virus aşkarlanmışdı. Rubrika.Az Geri qayıt |