Əsas Səhifə > Hadisə > Oğurluq və soyğunçuluqla məşğul olan keçmiş məhkumlar tutulub

Oğurluq və soyğunçuluqla məşğul olan keçmiş məhkumlar tutulub


20-04-2020, 19:37
Oğurluq və soyğunçuluqla məşğul olan keçmiş məhkumlar tutulub


Oğurluq və soyğunçuluqla məşğul olan keçmiş məhkumlar tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 7-də Göygöl rayonu ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış “E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Aprelin 16-da Bakı şəhər sakini E.Yusifovun 230 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Abbasov isə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.


Rubrika.Az
Geri qayıt