Əsas Səhifə > Siyasət > İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı - QƏRAR
İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı - QƏRAR20-04-2020, 20:22 |
![]() Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib. Rubrika.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi. Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət idi. Rubrika.Az Geri qayıt |