Əsas Səhifə > Siyasət > Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq21-04-2020, 10:49 |
|
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə videobağlantı formatında baş tutacaq. Görüş zamanı tərəflər COVID-19 pandemiyası ilə mübarizə aparıldığı hazırkı vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edəcəklər. Xatırladaq ki, aprelin 20-də E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüş keçirib. Rubrika.Az Geri qayıt |