Əsas Səhifə > Cəmiyyət > Polislər və jurnalistlər üçün şəffaf maskalar hazırlandı - FOTO
Polislər və jurnalistlər üçün şəffaf maskalar hazırlandı - FOTO21-04-2020, 19:38 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb. Bu barədə Rubrika.Az-a Dövlət Agentliyindən məlumat verilib. İnsan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır. Bu maskalarla ilk olaraq “COVID-19” pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar. Rubrika.Az Geri qayıt |