Əsas Səhifə > Səhiyyə > Almaniyada koronavirusa yoluxanların sayı 145 mini ötüb
Almaniyada koronavirusa yoluxanların sayı 145 mini ötüb22-04-2020, 10:16 |
|
Almaniyada ötən sutkada 2 237 nəfərə koronavirus diaqnozu qoyulub. Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb. Məlumata görə, Almaniyada qeydə alınan yoluxma hallarının sayı 145 694-ə yüksəlib. Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 281 nəfər artaraq 4 879-a çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 321 nəfəri sağalıb, 177 674 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report.az Rubrika.Az Geri qayıt |