Əsas Səhifə > Cəmiyyət > Karantin rejimini pozan 1822 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi
Karantin rejimini pozan 1822 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi22-04-2020, 10:31 |
|
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 21 aprel saat 00:00-dan 22 aprel saat 00:00-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1822 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub. Rubrika.az Geri qayıt |