Əsas Səhifə > Cəmiyyət > Bakıda tibb bacısı dəm qazından boğulub öldü
Bakıda tibb bacısı dəm qazından boğulub öldü22-04-2020, 12:40 |
|
Bakıda tibb bacısı dəm qazından boğularaq vəfat edib. Rubrika.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti, 62, mənzil 19-da qeydə alınıb. Həmin ünvanda yaşayan, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən 63 yaşlı Şəhla Həsənova dəm qazından boğularaq ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./APA Rubrika.Az Geri qayıt |