Əsas Səhifə > Cəmiyyət > Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO

Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO


22-04-2020, 17:27
Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO


Bakının Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq, fəaliyyət göstərən gözəllik salonu aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi, paytaxt sakini Rüfət Yusupov və daha üç müştəri aşkar olunaraq, Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati qaydada cəzalandırılıblar.


Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO

Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO

Bakıda bu gözəllik salonu karantinə rəğmən işləyirmiş - FOTO


Rubrika.Az
Geri qayıt