Əsas Səhifə > Dünya > Gürcüstan baş nazirinin müşaviri Marneulidəki etirazlara münasibət bildirdi
Gürcüstan baş nazirinin müşaviri Marneulidəki etirazlara münasibət bildirdi22-04-2020, 18:17 |
|
“Marneulidə ciddi karantin rejiminin elan edilməsindən sonra kənd təsərrüfatı işləri ilə bağlı heç bir problem olmayıb, əksinə, yerli sakinlərə bu sahədə dəstək göstərilib”. Rubrika.Az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Marneulidə bu gün keçirilən etiraz aksiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yerli sakinlər məhsulun alış qiymətindən narazıdırlar, lakin bu, böhran vəziyyətilə bağlıdır: “İki il bundan öncə kiloqramı 3-4 lariyə təklif olunan məhsul hazırda 1 lariyə alınır. Biz başa düşməliyik ki, sərhədlərin bağlanması və davam edən böhran dünyanın hər yerində qiymətləri dəyişib”. S.Subari deyib ki, xüsusi maşın hər bir kəndə, hər bir ailəyə göndəriləcək və alınan məhsullar Gürcüstanın digər yerlərinə çatdırılacaq. Rubrika.Az Geri qayıt |