Əsas Səhifə > Dünya > Türkiyədə 24 tibb işçisi koronavirusdan ölüb
Türkiyədə 24 tibb işçisi koronavirusdan ölüb22-04-2020, 18:18 |
|
Türkiyədə koronavirusdan ölən tibb işçilərinin sayı açıqlanıb. Rubrika.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Təbiblər Birliyi məlumat yayıb. Məlumata görə, aprelin 1-dən bu günə kimi Türkiyədə 24 tibb işçisi vəfat edib ki, onlardan 14-ü həkimlər olub. Qurumun açıqlamasına görə, indiyədək 3474 tibb işçisi COVID-19 virusuna yoluxub və onların 38 faizini həkimlər təşkil edib. Təbiblər Birliyi hökuməti daha ciddi tədbirlər almağa və tibb işçilərinin qorunması üçün bütün qoruyucu ləvazimatlarla təmin etməyə çağırıb. Rubrika.Az Geri qayıt |