Əsas Səhifə > Bölgə > Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi

Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi


22-04-2020, 19:54
Xaçmazda keçmiş məhbus qonşusunu qətlə yetirdi


Xaçmazda qətl hadisəsi baş verib.

Rubrika.Az xəbər verir ki, hadisə Xaçmazın Dağıstan küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 1978-ci il təvəllüdlü Sadıqov Ceyhun Xanlar oğlu qonşusu, 1973-cü il təvəllüdlü Məmmədov Kamran Müslümoviçi bıçaqla qətlə yetirib. Bıçaqlanan şəxs hadisə yerində dünyasını dəyişib.

Xaçmaz RPŞ tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Ceyhun Sadıqov saxlanılıb. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, Ceyhun Sadıqov bundan əvvəl də məhkumluq həyatı keçirib.

Fakla əlaqədar olaraq cinayət işi açılıb, araşdırmalar aparılır. /Qafqazinfo


Rubrika.Az
Geri qayıt