Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı23-04-2020, 02:54 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 22-nə olan statistik göstəriciləri açıqlayıb. Rubrika.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb. Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 518 yoluxma aşkarlanıb. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir. Rubrika.Az Geri qayıt |