Əsas Səhifə > Dünya > Bu ölkədə də məhdudlaşdırıcı tədbirlərin müddəti uzadıldı
Bu ölkədə də məhdudlaşdırıcı tədbirlərin müddəti uzadıldı23-04-2020, 03:06 |
|
. Bəhreyn hakimiyyəti koronavirusun yayılması ilə mübarizə məqsədi ilə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddətini daha iki həftə uzadıb. Rubrika.Az bildirir ki, bu barədə Bəhreynin “BNA” agentliyi xəbər verib. Bildirilir ki, kinoteatrlar, idman mərkəzləri, hovuzlar, qəlyanxanalar, restoranlar və turizm obyektləri aprelin 23-dən mayın 7-dək bağlı qalacaqlar. Bununla yanaşı, ticarət və sənaye mağazalarının işi malların çatdırılması ilə məhdudlaşdırılıb. Bundan başqa, Bəhreyn hakimiyyəti, həmçinin vətəndaşların ictimai yerlərdə maska taxmalarını məcburi edib. Bəhreynin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 2009 nəfər koronavirusa yoluxub, 7 nəfər dünyasını dəyişib, 1026 pasiyent sağalıb. Rubrika.Az Geri qayıt |