Əsas Səhifə > Cəmiyyət > Qubaya apreldə də qar yağdı
Qubaya apreldə də qar yağdı23-04-2020, 10:21 |
|
Ötən gün axşam saatlarından Qubanın dağlarına qar yağmağa başlayıb. Rubrika.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yağışla başlayan yağıntı sonradan qara çevrilib. Xınalıqda qarın hündürlüyü 3 sm-ə çatıb. Digər ucqar kəndlər olan Buduq, Zeyid Xaltan, Qrız və Haputda da qarın hündürlüyü ən azı 2-3 sm təşkil edir. Qeyd edilir ki, qarlı hava şəraitinə baxmayaraq, yollarda problem müşahidə edilmir. Rubrika.Azs Geri qayıt |