Əsas Səhifə > Dünya > Kanadada koronavirusa yoluxanların sayı 40 mini ötdü
Kanadada koronavirusa yoluxanların sayı 40 mini ötdü23-04-2020, 10:34 |
|
Kanadada koronavirusa yoluxanların sayı 40 mini ötüb, 2 minə yaxın insan dünyasını dəyişib. Rubrika.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkədə 40 190 yoluxma, 1 871 ölüm halı qeydə alınıb. Yoluxmaların sayına görə Kvebek (20 965 nəfər) və Ontario (12 245 nəfər) əyalətləri liderlik edir. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 2,47 milyondan çox insan koronavirusa yoluxub, 169 mindən çox pasiyent vəfat edib. Rubrika.az Geri qayıt |