Əsas Səhifə > Cəmiyyət > Hande Harmancıdan həyəcan təbili: “Koronavirus bu il bitməyəcək”

Hande Harmancıdan həyəcan təbili: “Koronavirus bu il bitməyəcək”


24-04-2020, 14:32
Hande Harmancıdan həyəcan təbili: “Koronavirus bu il bitməyəcək”

“Virus günəş şüaları altında sürətlə inaktiv olur. Lakin yayın gəlməsi ilə virusun yox olacağını düşünmək düzgün deyil”.

Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, xəstəlik isti ölkələrdə də yayılır.

“Amma payız aylarında yoluxucu xəstəliklər də aktivləşir. Buna görə koronavirusun yenidən yayılması mümkündür. Bu il bu xəstəlik bitməyəcək. Bunu hər kəs bilməlidir”.

Rubrika.Az
Geri qayıt