Əsas Səhifə > Hadisə > Bakıda supermarketdən səkkiz min manat oğurlandı

Bakıda supermarketdən səkkiz min manat oğurlandı


24-04-2020, 17:31
Bakıda supermarketdən səkkiz min manat oğurlandı


Aprelin 23-nə keçən gecə Bakının Binəqədi rayonundakı “Neptun” supermarketlərindən birində külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İndiyə qədər yalnız naməlum şəxsin qapıdakı dəmirləri kəsməklə, Biləcəri qəsəbəsində yerləşən “Neptun” supermarketinə girərək, 8000 manatı oğurladığı məlum olub.

Oğurluq hadisəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən 22 oğurluq faktı qeydə alınıb.


Rubrika.Az
Geri qayıt