Əsas Səhifə > Dünya > Niderlandda koronavirusa yoluxanların sayı 36 mini ötdü
Niderlandda koronavirusa yoluxanların sayı 36 mini ötdü24-04-2020, 19:07 |
![]() Niderlandda koronavirusa yoluxanların sayı 36 535-ə çatıb. Rubrika.Az xəbər verir ki, bunu İctimai Səhiyyə Qurumu (RIVM) açıqlayıb. Ötən sutka 806 nəfərə COVID-19 diaqnozu qoyulub. Bildirilib ki, eyni dövr ərzində virus qurbanlarının sayı daha 112 nəfər artaraq 4 289-a yüksəlib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 748 000-i ötüb. Bunların 757 634 nəfəri sağalıb, 192 153 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |