Əsas Səhifə > Dünya > Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı - FOTO
Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı - FOTO24-04-2020, 20:37 |
|
"Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”. Rubrika.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb. Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib. F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. Rubrika.Az Geri qayıt |