Əsas Səhifə > Cəmiyyət > Lombardların fəaliyyəti bərpa olundu
Lombardların fəaliyyəti bərpa olundu27-04-2020, 02:21 |
|
Bu gündən Azərbaycanda qızıl və digər bəzək əşyalarının satışı obyektlərinin, eləcə də lombardların fəaliyyəti bərpa olunub. Rubrika.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib. Qərar qəbul edilərkən koronavirus (COVID-19) virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları nəzərə alınıb. Qeyd edək ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bununla da ölkədə bəzi iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Rubrika.Az Geri qayıt |