Əsas Səhifə > Təhsil > Azərbaycanda repetitor xidmətləri bərpa olundu
Azərbaycanda repetitor xidmətləri bərpa olundu27-04-2020, 02:31 |
|
Azərbaycanda fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti bu gündən bərpa olunub. Rubrika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də müvafiq qərar qəbul edib. Qərara əsasən, aprelin 27-si saat 00:00-dan etibarən ölkədə fərdi tədris və repetitor xidmətlərinin (qrup halında məşğələlər istisna olmaqla) fəaliyyəti bərpa edilib. Qeyd edək ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Rubrika.az Geri qayıt |