Əsas Səhifə > Səhiyyə > Özbəkistanda koronavirusa yoluxanların sayı 1887-yə çatdı
Özbəkistanda koronavirusa yoluxanların sayı 1887-yə çatdı27-04-2020, 10:48 |
|
Özbəkistanda ötən sutkada 18 nəfərə koronavirus diaqnozu qoyulub. Rubrika.az “Report”a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 887-yə yüksəlib. Qeyd edək ki, aprelin 26-na olan məlumata görə, ölkədə indiyədək 789 nəfər sağalsa da, 8 nəfər COVID-19-un qurbanı olub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 995 000-i ötüb. Bunların 881 510 nəfəri sağalıb, 207 008 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.az Geri qayıt |