Əsas Səhifə > Səhiyyə > Rusiyada 400-ə yaxın hamilə koronavirusa yoluxdu
Rusiyada 400-ə yaxın hamilə koronavirusa yoluxdu28-04-2020, 10:10 |
|
Rusiyada 394 hamilə koronavirusa yoluxub. Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamaçılıq və ginekologiya üzrə mütəxəssisi Leyla Adamyan bildirib. Onun sözlərinə görə, həmin qadınların 276-sı Moskvadadır və səhhətləri ağır deyil. Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə qurbanların sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |