Əsas Səhifə > Dünya > Bu ölkədə 12 mindən artıq məhbus azadlığa buraxılır
Bu ölkədə 12 mindən artıq məhbus azadlığa buraxılır27-04-2020, 17:33 |
|
Əfqanıstan hakimiyyəti ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 12 000-dən çox məhbusun azadlığa buraxılmasına qərar verib. Bu barədə “Khaama Press” agentliyi məlumat yayıb. Həbsxana işləri üzrə hökumət departamentinin rəhbəri Əhməd Rəşid Tutaxayın sözlərinə görə, ümumilikdə, 12 399 məhbus azadlığa çıxacaq. Məhbusların azadlığa buraxılması prosesi mayın ilk günlərindən etibarən başlayacaq. Rubrika.Az Geri qayıt |