Əsas Səhifə > RubrikaTV Video > "Azərişıq" istehlakçılara evdə qalmağı tövsiyə edib - VİDEO
"Azərişıq" istehlakçılara evdə qalmağı tövsiyə edib - VİDEO27-04-2020, 17:50 |
|
“Azərişıq” ASC koronavirus (COVID 19) pandemiyasının qarşısının alınması məqsədi ilə istehlakçılara #evdəqal çağırışı edib. ASC-dən Rubrika.Az-a verilən məlumata görə, bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək video-çarx da hazırlayıb. Video-çarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur. Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib. Rubrika.Az Geri qayıt |