Əsas Səhifə > Hadisə > Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub

Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub


27-04-2020, 18:06
Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub


Binəqədi və Qaradağ rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az-a bildiriblər ki, Binəqədi rayonu ərazisindəki 3 həyətyanı sahədən üç ədəd velosiped oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini E.Məmmədov Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları isə aprelin 23-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri F.Abbasovu, Z.Əhmədovu və T.Qarayevi yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt