Əsas Səhifə > Siyasət > Dubayda qalan azərbaycanlılar vətənə qayıdır
Dubayda qalan azərbaycanlılar vətənə qayıdır27-04-2020, 18:52 |
|
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdacağı gözlənilir. Rubrika.Az-ın məlumatına görə, koronavirus pandemiyasına görə Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Martın 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib. Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər. Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə ediblər. Rubrika.Az Geri qayıt |