Əsas Səhifə > Dünya > Türkiyə son 10 ildə hərbi xərcləri kəskin artırıb
Türkiyə son 10 ildə hərbi xərcləri kəskin artırıb27-04-2020, 19:41 |
|
Türkiyənin orduya xərclədiyi pul son 10 ildə 86% artıb. Rubrika.Az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun bu gün yayılan araşdırmasında bildirilib. Bu artım nəticəsində Türkiyədə hərbi xərclər 20,4 milyard ABŞ dollarına yüksəlib. Siyahıda 15-ci yerə qərarlaşan Türkiyə İsraildən sonra 16-cı yeri tutub. Dünya ölkələri ötən il orduya ümumilikdə təxminən 2 trilyon ABŞ dollarına yaxın vəsait xərcləyib. İlk beşlikdə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı yer alıb ki, bu beş ölkənin hərbi xərcləri dünya üzrə göstəricinin 62%-ni təşkil edir. Sıralamanı 6-cı yerdə Almaniya davam etdirir. Hərbi büdcəsini 10% artıraraq 49,3 milyard ABŞ dollarına çatdıran Almaniya Avropada artım tempinə görə liderdir. Qeyd edək ki, 15-likdə olan ölkələrdən yalnız 6-sı NATO ölkəsidir. Rubrika.Az Geri qayıt |