Əsas Səhifə > Dünya > Britaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü

Britaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü


27-04-2020, 19:45
Britaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü


Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 329 nəfər artıb.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 21 061 nəfər təşkil edir.

Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 463 nəfər artaraq 152 840-a çatıb.

Bildirilib ki, Böyük Britaniyada martın 30-dan bəri ilk dəfə pandemiyadan ən aşağı ölüm göstəricisi qeydə alınıb.


Rubrika.Az
Geri qayıt