Əsas Səhifə > Cəmiyyət > Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda qadına qarşı soyğunçuluq edildi


28-04-2020, 11:35
Bakıda qadına qarşı soyğunçuluq edildi

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 21-də Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəlldlü, əvvəllər məhkum olunmuş İlqar Paşayev 1988-ci il təvəllüdlü E.İbadovaya qarşı soyğunçuluq edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Paşayev aprelin 16-da yaşadığı ünvanın yaxınlığında tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Rubrika.Az
Geri qayıt