Əsas Səhifə > Din > Ramazan ayının 4-cü günü: imsak, iftar vaxtı və dua
Ramazan ayının 4-cü günü: imsak, iftar vaxtı və dua28-04-2020, 13:16 |
![]() Bu gün mübarək Ramazan ayının 4-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, aprelin 28-də imsak vaxtı saat 04:05-dək, iftar vaxtı isə 19:47-dədir. 4-cü günün duası: “İlahi, bu ayda mənə Sənin əmrini (oruc tutmaq barədə) yerinə yetirməyə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Səxavətinə görə Sənə şükr etməyə məni ruhlandır. Məni Öz kərəminlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin bəsirətlisi!” İftar duası: “İlahi, sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim. Sənin verdiyin ruzi ilə iftarımı açır və sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allahım, orucumu qəbul et, günahlarımı bağışla!” Allah orucunuzu qəbul etsin. Rubrika.Az Geri qayıt |