Əsas Səhifə > İstisadiyyat > BP Azərbaycanda neft hasilatını azaldır

BP Azərbaycanda neft hasilatını azaldır


28-04-2020, 15:37
BP Azərbaycanda neft hasilatını azaldır

Böyük Britaniyanın BP şirkəti OPEK+ sazişində iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazır olduğunu bildirib.

Rubrika.az-ın Trend-ə istinadla məlumatına görə, bunu BP-nin upstream-layihələr üzrə icraçı maliyyə direktoru Mürrey Oçinkloss investorlarla videokonfrans zamanı deyib.

O bildirib ki, hazırda hasilatın azalması barədə danışıqlar aparılır:

“Bu gün biz Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Konkret rəqəmlər məlum deyil, amma onu deyə bilərəm ki, OPEK+ sazişi ilə əlaqədar ikinci rübdə hasilatın azalmasının şahidi olacağıq”.

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində hasilatçı ölkələr may-iyun aylarında hasilatı sutkada 9,7 milyon barrel azaldacaq.

Rubrika/Az
Geri qayıt