Əsas Səhifə > Hadisə > Lənkəranda avtomobildən oğurluq etmək istəyən tutuldu
Lənkəranda avtomobildən oğurluq etmək istəyən tutuldu28-04-2020, 17:08 |
|
Lənkəran rayonunda avtomobildən oğurluğa cəhd edilib. Rubrika.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhər ərazisindəki bankların birinin qarşısında qeydə alınıb. Belə ki, vətəndaşların bankın qarşısında növbədə dayandıqlarından istifadə edən şəxs “Mercedes” markalı 90-NK-780 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb. O, qapını açaraq oğurluq etmək istəyib, lakin avtomobil sahibi tərəfindən yaxalanıb. Bu zaman həmin şəxs üzərində gəzdirdiyi bıçaqla müqavimət göstərməyə çalışıb. O, zərərsizləşdirilərək yaxınlıqda olan post patrul xidməti əməkdaşlarına təhil verilib. Rubrika.Az Geri qayıt |