Əsas Səhifə > Cəmiyyət > Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı
Bakının bu ərazilərində hərəkət məhdudlaşdırıldı28-04-2020, 17:30 |
|
Bakının Moskva prospektində “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, məhdudiyyət Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri ilə bağlıdır. Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti-Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti-3-cü mikrorayon dairəsi-Tbilisi prospekti və yaxud Ziya Bünyadov prospekti-20 Yanvar dairəsi-Müzəffər Həsənov küçəsi-Alatava istiqamətlərindən istifadə edə bilərlər. Rubrika.Az Geri qayıt |