Əsas Səhifə > Hadisə > Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var


28-04-2020, 19:24
Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var


Oğuz rayonunda yol qəzası baş verib.

Rubrika.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 1994-cü il təvəllüdlü Teymur Əmiraslan oğlu Ağayev və sərnişini, 1971-ci il təvəllüdlü Habil İdris oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var


Rubrika.Az
Geri qayıt