Əsas Səhifə > Səhiyyə > Rusiyada virusla mübarizədə tibbi avadanlıq çatışmır
Rusiyada virusla mübarizədə tibbi avadanlıq çatışmır29-04-2020, 12:19 |
|
Rusiya prezidenti Vladimir Putin istehsalı artırsalar da, maska başda olmaqla qoruyucu avadanlıqların çatışmadığını deyib. Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, son vəziyyətlə bağlı danışan ölkə başçısı virus daşıyıcılarının 100 min civarı olduğunu qeyd edib. Onun sözlərinə görə, tibb işçilərinin fərdi qoruyucu ləvazimatlarda problem yaşayır: ""Əvvəlki dövrlə müqayisədə daha çox ləvazimat istehsal edirik, lakin kifayət deyil. İstehsalın və idxalın artması bunun qarşısını almır". Putin eyni zamanda günə 100 min qoruyucu geyim istehsal etdiklərini də diqqətə çatdırıb: "Mart ayında bu say sadəcə 3 min idi". Qeyd edək ki, Rusiyada hazırda 93 min infeksiya daşıyıcısı var, ölənlərin sayı isə 867 nəfərdir. Rubrika.Az Geri qayıt |