Əsas Səhifə > Təhsil > Məktəblər mayın 31-dək bağlı qalacaq - Türkiyədə

Məktəblər mayın 31-dək bağlı qalacaq - Türkiyədə


29-04-2020, 12:53
Məktəblər mayın 31-dək bağlı qalacaq - Türkiyədə

Türkiyədə təhsil müəssisələri bu il mayın 31-dək bağlı qalacaq.

Rubrika.Az xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu müddətdə onlayn təhsilə davam ediləcək, şagird və tələbələr növbəti tədris ilində təhsillərini yeni sinif və ya kurslarda davam etdirəcəklər.

Türkiyədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mart ayında təhsil müəssisələrində tətil elan edilib.

Rubrika.Az
Geri qayıt