Əsas Səhifə > Səhiyyə > Ermənistanda koronavirusdan ölənlərin sayı yenə 30 oldu- YENİLƏNİB
Ermənistanda koronavirusdan ölənlərin sayı yenə 30 oldu- YENİLƏNİB29-04-2020, 14:44 |
|
Ermənistanda koronavirusdan ölənlərin yekun rəqəmi 30-dur. Bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan dəqiqləşdirib. Onun sözlərinə görə, son ölən 2 nəfər koronavirus daşıyıcısı olub, amma onlar başqa xəstəlikdən vəfat ediblər. Bununla belə, o, ölkədə virusdan ölənlərin sayını 30 olduğunu vurğulayıb. *** 11:47 “Ermənistanda koronavirusdan ölənlərin sayı 30 yox, 28 nəfərdir”. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində yazıb. “Son 2 qurbanın ölümünün səbəbi səhvən koronavirus kimi qeydə alınıb. Əslində, onlar başqa xəstəliklərdən ölüblər”, - mətbuat katibi deyib. Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin rəsmi sayı 30-dan 28-ə düşüb. Qeyd edək ki, ölkədə virusa yoluxma halları 1 932 nəfərdə qeydə alınıb. Rubrika.az Geri qayıt |