Əsas Səhifə > Hadisə > Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır

Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır


29-04-2020, 17:22
Gədəbəydə iki nəfərin öldüyü qəzaya görə məhkəmə başlayır


Gədəbəydə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nural Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası mayın 5-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 31-də Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadənin törətdiyi qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov və 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəstəxanaya yerləşdirilən yaralılardan iki nəfəri dünyasını dəyişib.

İ.İsmayılzadəyə Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Rubrika.Az
Geri qayıt