Əsas Səhifə > Dünya > Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı
Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı29-04-2020, 17:24 |
|
Belarusda son sutkada 973 koronavirusa yoluxma halı qeydə alınıb. Rubrika.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, Belarusda infeksiya daşıyıcılarının ümumi sayı 13 181-ə çatıb. Son sutkada 5 nəfər pandemiyanın qurbanı olub. Ölkə üzrə ölənlərin sayı 84-ə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 160 000-i ötüb. Bunların 974 672 nəfəri sağalıb, 219 258 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |