Əsas Səhifə > Dünya > ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb
ABŞ iqtisadiyyatı son 6 ildə ilk dəfə azalıb29-04-2020, 18:09 |
![]() Koronavirusun (COVID-19) təsiri ilə bu ilin I rübündə ABŞ-da ümumi daxili məhsul (ÜDM) 4,8% azalıb. Rubrika.Az ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bununla da son 6 ildə ilk dəfə ABŞ iqtisadiyyatında azalma qeydə alınıb. Hesabat dövründə fərdi xərclər mağazalar və restoranların bağlanması ilə proqnozları üstələyərək 7,6% azalıb. Belə ki, I rübdə fərdi xərclər son 40 ilin minimumunu yeniləyib. Qeyd edək ki, ABŞ iqtisadiyyatı ötən ilin son rübündə 2,1% böyümüşdü. Rubrika.Az Geri qayıt |