Əsas Səhifə > Səhiyyə > Türklər Avropada koronavirus peyvəndinin sınağına başladılar

Türklər Avropada koronavirus peyvəndinin sınağına başladılar


29-04-2020, 18:23
Türklər Avropada koronavirus peyvəndinin sınağına başladılar


Türk elm adamlarının rəhbərlik etdiyi "BioNtech" adlı şirkət Avropada koronavirusa qarşı hazırlanan ilk peyvəndləri insanların üzərində sınamağa başlayıb.

Rubrika.Az xəbər verir ki, ilkin mərhələdə 18-55 yaş arası 200 nəfərə peyvəndin edilməsi nəzərdə tutulur.

Bildirək ki, ABŞ-da koronavirusa qarşı hazırlanan peyvənd bir müddət əvvəl insanlar üzərində sınanmağa başlayıb. Avropada isə bu yenidir və tətbiq olunacağı ilk ölkə Almaniyadır.

Qeyd edək ki, şirkətin rəhbəri olan professor Uğur Şahin həyat yoldaşı ilə birlikdə işlərini davam etdirir. Peyvəndin insan üzərində sınaqdan keçirilməsinə Paul Erlik İnstitutu tərəfindən razılıq verilib. İki mərhələli olan testin ilk mərhələsində yüksək nəticə alınarsa, risk qrupunda olan xəstələrə də tətbiq olunacaq. Nəticələr iyun ayında müəyyənləşəcək.


Rubrika.Az
Geri qayıt