Əsas Səhifə > Dünya > Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı 3 000-i ötdü - STATİSTİKA29-04-2020, 20:27 |
|
"Türkiyədə son sutkada daha 89 nəfər pandemiyanın qurbanı olub”. Rubrika.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib. Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb. Nazir həmçinin daha 2 936 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 117 589-a yüksəldiyini bildirib. F.Koca Türkiyədə indiyədək 44 022 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb. Rubrika.Az Geri qayıt |