Əsas Səhifə > Dünya > ABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü
ABŞ-da pandemiya qurbanlarının sayı 61 mini ötdü30-04-2020, 18:32 |
|
ABŞ-da son bir gündə daha 2 637 nəfər koronavirusdan ölüb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının, KİV və başqa mənbələrin statistikası əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb. Bununla da Birləşmiş Ştatlarda COVID-19 qurbanlarının sayı 61 005-ə çatıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rubrika.Az Geri qayıt |