Əsas Səhifə > Aktual > Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib

Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib


30-04-2020, 19:22
Biləsuvarın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib


Səbail rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev barəsində verilən təqdimata baxılıb.

Rubrika.Az-ın məlumatına görə, məhkəmədə təqdimat təmin edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Quliyevin ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlandığı yayılmışdı.

Aprelin 30-da M.Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.


Rubrika.Az
Geri qayıt